Onurğanın zəli ilə müalicəsi

September 15, 2014
Off

” Hirudino ” latın dilində zəli deməkdir. 3000-ildən artıqdır ki, zəlidən müalicə vasitəsi ilə istifadə edirlər. 400-əqədər zəli növü var. Bunlardan ancaq biri müalicəvi zəlidir. Tibbi müayinədən keçmiş, sertifikatı olan tibbi zəlidən müalicə məqsədi üçün istifadə etmək olar.

Zəli ilə müalicə:
1. Dayaq hərəkət sisteminin xəstəliklərində (oynaq ağrıları vəbel-boyun, diz, çiyin, topuq, dirsək ağrılarında,  osteoxondrozlarda, protruziyalarda) çox yaxşı effekt verir. Bütün bədənin ağrılarını kəsir.
2. Sinir xəstəliklərində, əsasən uşaq serebral iflicində.
3. Qan dövranı xəstəliyində, yüksək və aşağı qan təzyiqini normal vəziyyətə gətirmək, hiportoniya, hipotoniyada.
4. Endekrin xəstələrdə, şəkərli diabet, qalxanvarı vəz xəstələrində
5. Miomada.
6. Aylıq hormonal pozulmada.
7. Müxtəlif sınıqlar, hemotomalar.
8. Venaların varikoz genişlənməsində.
9. Tromboletitdə.

Qanı durulaşdırır, ürək qan damar və sinir sistemini qaydaya salır. İmmuniteti artırır, hipoksiyanı (bədənin oksigen çatışmazlığını) aradan qaldırır . Rayon yerlərindəadi su hövzələrindəolan zəlidən istifadəetmək olmaz, çünki zəlinin qanında xəstəliktörədici mikroblar olur. Zəli 3 gün fasilə ilə 3 dəfə (kürəyə, belə və oynaqlara), ilin fəsli dəyişdikdə; payızda (noyabrda) və yazda (apreldə) qoyulsa daha yaxşı olar. Zəlinin insana ötürdüyü faydalı maddələr 30-a qədərdir.

Zəli ilə müalicəyə əks göstərişlər:
1. Onkoloji xəstəliklər
2. Hamiləlik
3. Arterial təzyiqi aşağı olan şəxslər
4. Laxtalanma qabiliyyəti pozulması, qan xəstəlikləri (hemofiliya, talassemiya)
5. Yaxın zamanlarda antikoaqulyant (laxtalanmaya əks təsir göstərən) preparatlardan istifadə.

Klinikamızda onurğa və oynaq xəstəliklərinin müalicəsində xüsusi sertifikatı olan tibbi zəlidən istifadə edilir. Klinikamıza müraciət etməklə zəli müalicəsindən də qəbul etmiş olarsız.

About the Author