Dr. İradə Hacıyeva: “Vertebra Onurğa Mərkəzi Azərbaycanda sırf onurğa sütunu problemləri ilə məşğul olan
ixtisaslı tibb müəssisəsidir”.

Birinci, ikinci dərəcəli skoliozlar çox sadə müalicə olunur. Bu xəstəliyin müalicəsi üçün klinikamızda müvafiq fizioterapiya metodları, miostimulyasiya, traksiya (dartılma), kinezeterapiya və su prosedurları var. Ən çox da boy artımı yaşlarında meydana gəlir. Skoliozları, kifozları valideynlər məktəb yaşlarında çox vaxt vaxtında müəyyən edə bilmirlər. Birinci mərhələdə ümumiyyətlə valideynlər aşkar edə bilmirlər. Bizim məqsədimiz onurğa sütunu xəstəliklərinin, o cümlədən fəqərəarası disk yırtıqlarının cərrahi əməliyyat olmadan müalicəsini təşkil etməkdir. Məlum olduğu kimi insanın dayaq-hərəkət sisteminin əsasını onurğa sütunu təşkil edir. Onurğa 32 fəqərədən ibarətdir. Hər bir fəqərənin arasında dəlik və disklər vardır.Bu dəliklərdən çoxlu sayda sininrlər çıxaraq orqanizmin bütün hüceyrələrinə, orqan və toxumalarına qədər gedərək sinir-trofik qidalanmanı təşkil edir. Adətən qan-damar sisteminin qidalanması barədə xalq arasında bir qədər məlumat var. Lakin sinir-trofik qidalanma da ən vacib yer tutur. Məhz sinir-trofik qidalanma da bəhs etdiyimiz bu sinirlərin hesabına həyata keçirilir.
Onurğa kanalında onurğa beyni yerləşir. Onurğa kanalından çıxan bu sinirlər əgər sıxılarsa, ciddi dəyişikliklərə səbəb ola bilir. Tutaq ki, bel nahiyəsində fəqərəarası dəliklərdən çıxan sinirlər baş barmağın ucuna qədər gedir. Əgər sinirlərin sıxılması olarsa, sinir ucluqlarına, barmaqlara qədər dözülməz ağrılara səbəb ola bilər. Uzun müddət diqqət yetirmədikdə sinir-trofik qidalanmanın pozulması nəticəsində ətrafların digər tərəfə nisbətən gödəlməsi, a rıqlaması baş verə bilər. Əgər fəqərələr hansı nahiyədə dəyişiklikliyə məruz qalıbsa, bu fəqərəarası dəlikdən çıxan damarlar və sinirlər sıxılacaq və təkcə aşağı-yuxarı nahiyələrə deyil, innervasiya etdiyi daxili orqanların fəaliyyətinin pozulmasına gətirib çıxaracaq.
Boyun fəqərələrində patoloji proses olarsa, başda, boyunda, gözdə problemlər özünü göstərəcək. Döş fəqərələrində patologiyalar olarsa, stenokardiya tipli ağrılar, tənginəfəsli, ürək sıxıntıları, ürəkdə ritm pozuntuları və sair əlamətlər özünü göstərəcək. Aşağı döş fəqrələrində dəyişikliklər olarsa, mədəaltı vəz, mədə ağrıları kimi əlamətlər, qaraciyərin funksiyasının pozulması, öd kisəsi patologiyası, ümumiyyətlə biruzə verə bilər. Bağırsaqların funksiyasının pozulması müşahidə olunur. Onurğanın bel nahiyəsində patologiyalar, o cümlədən protruziyalar, fəqərəarası disk yırtıqları nəticəsində çanaq orqanlarının, aşağı ətrafların funksiyaları pozulur. Fəqərəarası disklərdə yırtıqların bütün hallarda cərrahi əməliyyat olunması düzgün deyil. Əməliyyat sonuncu yerdə durur. Disk yırtıqları bütün dünyada çox az hallarda əməliyyatla müalicə olunur. Disk yırtıqları o zaman əməliyyat olunur ki, uzun müddətli konservativ müalicə effekt vermir və ya xəstə tamamilə yeriyə bilmir. Hansısa sinirin atrofiyası var arıqlama gedir. 6, 7, 8 mm yırtıqları əməliyyat etmək doğru deyil. Sadəcə xəstəyə güclü ixtisaslı tibbi yardım lazımdır. Həkimlərimiz ölkəmizdə və xaricdə keçirilən kurs simpozium və konfranslarda iştrak edir. Klinikamızın xaricdə olan konsultant həkimləri ilə daim əlaqə saxlayıb xəstələrimizin müalicəsində onların fikrinə üstünlük veririk. Onurğa Mərkəzində müalicə edilən xəstəliklər:
- Osteoxondroz- dərmansız, korsetsiz
- Protruziya- dərmansız, korsetsiz
- Fəqərəarası disk yırtığı- dərmansız, əməliyyatsız
- Skolioz- korsetsiz, əməliyyatsız
- Kifoz- korsetsiz,əməliyyatsız
- Daban şporları
- Bexterev xəstəliyi- kompleks şəkildə
- Şeyerman- Mau kifozu
- Döş qəfəsi deformasiyasının bərpası
- Sinə batıqlığı və qabarmaları
- Qabırğa donqarlığı
- Onurğa mənşəli ayaq qısalığı
- Rotasiya (gövdənin burulması)
- Tarsiya (gövdənin yana yıxılması)
- Əyriayaqlıq
- Yastıpəncəlik
- Osteoporozun müalicə və profilaktikası
- Zədələnmədən sonra bərpa
- Əməliyyatdan sonra bərpa
- Hamiləlikdən sonra bel ağrıları
- Oynaq xəstəlikləri
- Nevrozlar
- İmmun zəifliyinin bərpası
- Xroniki yorğunluq sindromu
- Zəli ilə onurğa və oynaq (bel, boyun, kürək) ağrılarının müalicəsi
- Əzələ atrofiyasının bərpası
- Əzələ rigidliyi (bərkiməsinin) bərpası
- Arıqlama proqramı
- Zərbə dalğası ilə müalicə
- Lazeroterapiya
- Krioterapiya
- Fizioterapiya (vakuum başlığı ilə)
- Manual terapiya akupunktura
- Miostimulyasiya
- Maqnitoterapiya
- Ultrasəslə müalicə
- Amplipuls
- Elektrofarez
- Hidrotraksiya (suda dartma)
- Anatamotor (traksiya)
- Traksiya
- Stounterapiya
- İnterferels terapiya
- Nöqtəvi Çin masajı
- Onurğa masajı
- Uimeyho terapiya (Yapon masajı)
- Yoqa ilə onurğa xəstəliklərinin müalicəsi
- Zəli ilə müalicə
- Şarko duş
- Ozon vannası
- Yod-brom vannası
- Sauna- krioterapiya
- Kinezoterapiya
- Sinə batıqlığı üçün vakuum aparatı
- Qabırğa donqarlığı üçün tibbi avadanlıq
- Detenzor
- Onurğa korrektoru
- Ultrasəslə müayinə (əzələ, oynaq və daxili orqanların)
- EKQ
- İqloterapiya
Klinikamızın konsultant həkimləri:

Dr.İlqar Əliyev

Dr. Eldar Əliyev

Dr. Azad İsazadə

Dr. İlham Əliyev

Uzm. Dr. Gülseren KAYALAR

Professor Michael Pfeifer

Professor Uri A. Liberman

Prof. Dr. Semih Halezeroğlu
-
Dr.İlqar Əliyev
Tibb üzrə fəlsəfə doktoru, Britaniya iş akademiyasının fəxri üzvü - MOSKVA -
Dr. Eldar Əliyev
Baş neyrocərrah Eldar Əliyev - MOSKVA -
Dr. Azad İsazadə
Psixonevroloq Azad İsazadə -
Dr. İlham Əliyev
Ali dərəcəli həkim-cərrah, travmotoloq- ortoped dr. İlham Əliyev -
Uzm. Dr. Gülseren KAYALAR
Uzm. Dr. Gülseren KAYALAR- Türkiyədən klinikamızın skolioz və kifoz üzrə konsultant həkimi
Uzm. Dr. Gülseren KAYALAR– врач-консультант нашей клиники в Турции по сколизу и кифозу
Consultant on scoliosis and kyphosis of our clinic from Turkey, Uzm. Dr. Gülseren KAYALAR -
Professor Michael Pfeifer
Professor Michael Pfeifer Almaniyadan klinikamızın skolioz və kifoz üzrə konsultant həkimi
Профессор Майкл Пфеифэр – врач-консультант нашей клиники в Германии по сколизу и кифозу
Consultant on scoliosis and kyphosis of our clinic from Germany, Professor Michael Pfeifer -
Professor Uri A. Liberman
Onurğa xəstəliklərinin müalicəsi və profilaktikası üzrə klinikamızın konsultant həkimi İsraildən Professor Uri A. Liberman
Врач-консультант нашей клиники по лечению и профилактике заболеваний позвоночника, профессор из Израиля Ури А. Либерман
Onurğa xəstəliklərinin müalicəsi və profilaktikası üzrə klinikamızın konsultant həkimi İsraildən Uri A. Liberman -
Prof. Dr. Semih Halezeroğlu
Türkiyə Acıbadem Klinikamızın döş qəfəsi deformasiyası üzrə konsultant həkimi Prof. Dr. Semih Halezeroğlu
Врач-консультант по деформациям грудной клетки Клиники Acıbadem в Турции, проф. доктор. Семих Халезероглы
Consultant on chest deformation of Turkey’s Acibadem clinic, Prof. Dr. Smih Halezeroghlu
Klinikamızın həkimləri:

Dr. İradə Hacıyeva

Dr. Səfərli Rəfiqə

Dr. Kəmalə Hacıyeva

Dr. Nərgiz Tağıyeva

Məmmədova Fəridə

İsgəndərova Səbinə

Zamanova Süsən

Abbasova Zülfiyyə

Bədəlova Rita

Mikayılova Aynurə

Quliyeva Südabə

Aynurə Rüstəmova
-
Dr. İradə Hacıyeva
Baş həkim, Ali dərəcəli həkim, Respulika qadınlar cəmiyyətinin üzvü, Sülh səfiri, Peşəkar həkim, ilin həkimi, səhiyyə xidmətlərinə görə 2013-cü ildə “Uğur” mükafatına layiq görülüb.
Главный врач, врач высшей степени, член Республиканского общества женщин, Мировой посол, Профессиональный врач, врач года, удостоен в 2013 году премии “Uğur” за услуги в сфере здравоохранения.
She is head doctor, high-grade doctor, a member of the women society in the Republic, Peaceful ambassador, Professional doctor, the doctor of the year, and was awarded with “Uğur” (success) for health services in 2013. -
Dr. Səfərli Rəfiqə
Həkim fizioterapevt vertebroloq
Врач физиотерапевт вертебролог
Doctor,physiotherapist vertebrologist -
Dr. Kəmalə Hacıyeva
Həkim fizioterapevt vertebroloq
Врач физиотерапевт вертебролог
Doctor,physiotherapist vertebrologist -
Dr. Nərgiz Tağıyeva
Həkim fizioterapevt vertebroloq
Врач физиотерапевт вертебролог
Doctor,physiotherapist vertebrologist -
Məmmədova Fəridə
Müalicəvi idman zalında consultant
Консультант лечебного спортивного зала
Therapeutic fitness consultant -
İsgəndərova Səbinə
Müalicəvi idman zalında consultant
Консультант лечебного спортивного зала
Therapeutic fitness consultant -
Zamanova Süsən
Müalicəvi idman zalında consultant
Консультант лечебного спортивного зала
Therapeutic fitness consultant -
Abbasova Zülfiyyə
Müalicəvi onurğa massajisti
Массажистка по лечебному массажу позвоночника
Therapeutic spinal masseuse -
Bədəlova Rita
Müalicəvi onurğa massajisti
Массажистка по лечебному массажу позвоночника
Therapeutic spinal masseuse -
Mikayılova Aynurə
Limfodrenaj onurğa massajisti
Массажистка по лимфодренажу позвоночника
Lymphatic drainage spinal masseuse -
Quliyeva Südabə
Mühasib, administrator
Бухгалтер, администратор
Accountant, administrator -
Aynurə Rüstəmova
Tibb bacısı
Медсестра
Nurse