
Hörmət və ehtiramla Doktor İlqar!

Ali dərəcəli həkim-cərrah Əliyev İlham

Dr. Xaqani Hüseynov

Prof. dr.Həmidov İlham

İskəndərov Cəmil, Azərbaycan Tibb Universiteti

Xatirə Abbasova, həkim-cərrah

Dr. Sahib Cafarov


Prof. dr. Azad İsazadə


PƏRVİZ SƏMƏDOV - 2 saylı M.Əfəndiyev adına klinik xəstəxanasının uşaq cərrahiyyə şöbəsinin müdiri






-
Hörmət və ehtiramla Doktor İlqar!
Mən bu gün fəxrlə bacım İradə xanım və ailəmiz haqqında müsahibə verə bilərəm. Ailəmiz ziyalı ailəsidir. Bizi dünyaya gətirən və yetişdirən valideynlərim-atam Gülmalı Əliyev və anam (bir müddət öncə dünyasını dəyişmiş) Məryavərd Əliyeva halal zəhmətlərilə bizi böyütmüşlər. Hələ orta məktəb illərində bərabər bir sinifdə oxumuş, sonra isə institutda bir qrupda təhsil almışlar. Beləliklə oxuduqları müddətdən bir-birilərnin xasiyyətlərini öyrənmiş həyat yollarını birləşdirmişlər. Həyatda devizləri ancaq zəhmətlə yaşamaq, insanlara əl tutmaq, imkan olduqda kömək etmək olmuşdur. Bu xüsusiyyətlər biz övladlara da siraət etmişdir. Atam məktəbdə şagirdlərinə necə yanaşırdısa, öz övladlarına da elə yanaşırdı. Həm dərslərimizdə yaxşı oxumağa, həm də olimpiadalarda iştirak etməyimizə nəzarət edirdi. Biz valideynlərimizin zəhmətini, əziyyətini itirməmişik. Hər birimiz əla qiymətlərlə məktəbi başa vurub ali məktəblərə daxil olmuş və qırmızı diplomla bitirmişik. Həyatda qazandığımız uğurlarımıza görə birinci növbədə valideyinlərimizə minnətdarıq. Hal hazırda bir mütəxəssis kimi həyatda öz mövqeyimiz var. Atam bizə deyirdi ki, əsl insan o adamdır ki, elmi mənimsəyə,ona təsir edən amilləri qabaqcadan duya və ona ani cavab verə. Həyat mürəkkəbdir, adam hər cür hadisə ilə rastlaşır. Amma dərin biliyə malik olsan düşdüyün çətin vəziyyətdəndə asanlıqla cıxa bilərsən.. Bizə verdiyi bu nəsihətləri şagirdlərinə də tövsiyə edirdi. Öz övladlarınızı elə tərbiyə edin, təhsil verin ki, gələcəkdə onlar da vətənə yararlı gözəl alimlər kimi xidmət göstərsinlər. Bəli illər ötur. Valideyinlərimizin öyüd-nəsihətləri bu gün bizim həyatımızda öz bəhrəsini verir. Qardaşlarım və yeganə bacım olan İradə bu gün də millətinə, dövlətinə xidmət edir. Öz sahəsinin gözəl mütəxəssisidir. Hamımızın sevimlisidir. Bizim bacımla yaş fərqimiz az olduğuna görə həmişə fikirlərimizi asan bölüşmüşük, hər mövzuda bir birimizlə bölüşmüşük, dost olmuşuq. Kənarda yaşasam da onun uğurları məni hər zaman sevindirir.Öz işini sevdiyi üçün çoxlu uğurlar qazanıb. Müxtəlif ölkələrdə keçirilən konfranslarda iştirak edir, bilmədiklərini öyrənməyə can atır. Bir sözlə, yeniliklər axtarışındadır. Əyər bu gün həkimlik sənətini seçibsə ona canıyla-qanıyla layiq olmağa çalışır. Bir sözlə, bir çoxlarına nümunədir və bu da məni bir həkim, qardaş olaraq fərəhləndirir. İradə gözəl qayğıkeş anadır, bibidir. Artıq nəvələr sahibidir. Onların da həyatda öz yerlərini tutmağa, bir vətəndaş kimi bəhrələrini görməyə çalışır. Heç bir çətinlikdən qorxmur. Böyük bir Klinikaya rəhbərlik etmək hər insanın işi deyil. Amma İradə xanımın aldığı təhsil- tərbiyə bu gün onun işini asanlaşdırır. Düzgün qərarlar verir, hər bir vəziyyətdən vaxtında çıxmağı bacarır. Budur həyatda onun uğuru, mükafatı. Arzu edirəm ki, əziz bacım bundan da böyük uğurlara imza atsın və biz də onun nailiyyətlərinə sevinək. Ailəmiz adından onu Peşə bayramı münasibətilə ürəkdən təbrik edir, ona ən əsas canının sağlığını arzulayıram. -
Ali dərəcəli həkim-cərrah Əliyev İlham
Hələ institutda oxuyanda bacım İradə orta olimpiyadalarında yüksək yer tutmagı bacımı nə qədər məqsədyönlü olmağını göstərir. Tibb un-də gecə gündüz oxuyaraq qırmızı diplom almağı bizi çox sevindirdi. Bugünkü gün ən aktual problem olan skolioz və onurğa sütünunun patologiyası ilə məşğul olub xəstələrə kömək emək onun ən ciddi problemlərlə məşğul olmağını göstərir. Bu onurğa potologiyaları axır vaxtlar ən çox iş qabiliyyətinin itirilməsinə və əlilliyə gətirib çıxardır. İradə xanım tibbin müasir və müalicə üsullarından istifadə edib xəstələrə şəfa verir. Bacıma bu işində boyük uğurlar arzulayıram. -
Dr. Xaqani Hüseynov
“VERTEBRA” Tibb Mərkəzinin baş həkimi İradə xanım haqqında “Insan adamdır,ürəyi də qızıldır və sözün əsil mənasında bacarıqlı həkimdir” deyirlər. Bunlar əlbəttə ki, bu insana onlarla insanların sonsuz minnətdarlıq hissindən doğan, şəfa tapan xəstələrinin qəlbinin dərinliyindən gələn səmimi sözlərdir. İlk baxışdan sadə, mehriban siması,xəstələrlə xoş rəftarı diqqətdən yayınmır. Həmişə həyatda xoşbəxtlik axtarmışıq, onun nə demək olduğunu anlamaq istəmişik. Amma uzun müddət bel ağrıları və onurğa xəstəliklərilə üzləşmək, müayinə və müalicədən sonra yaxşı nəticə əldə etmək- bundan böyük xoşbəxtlik, bundan şərəfli ömür həkim üçün təsəvvür etmirəm. Gözəl mütəxəssis olmaq olar, amma gözəl insan olmaq hər insana məxsus olmur. Bax bu xüsusiyyətlər İradə xanımı sevdirir, onu zinətləndirir. Mən İradə xanımı Tibb İşçilərinin peşə bayramı münasibətilə kollektivimiz adından ürəkdən təbrik edir, ona həkimlik fəaliyyətində və şəxsi həyatında sağlam can və xoşbəxtlik arzulayıram. -
Prof. dr.Həmidov İlham
İradə xanımı mən ailəsinə görə tanımışam. İlk öncə onun valideynlərinin müalicə həkimi olmuşam , sonra isə qardaşı İlqar həkimlə bir yerdə çalışmışam, yəni səbəbkar ailəsi olub. “Ot kökü üstə bitər” deyirlər. Bəli İradə xanım əsil Azərbaycan qadınına xas olan, bütün müsbət keyfiyyətlərə malikdir. İşində tələbkardır. Özünü sevdirə bilən, xəstələrilə asan dil tapan, sadə, səmimi bir həkimdir. Ən əsası da odur ki, ailəsinə, valideyinlərinə, övladlarına, həyat yoldaşına qarşı da diqqətlidir. İşilə evini tarazlaşdıra bilir. Bir sözlə liderliyi bacarandır. Tez-tez görüşməsək də dəfələrlə yanına profilinə uygun xəstələr göndərmişəm. Yüksək səviyyədə müayinə və müalicədən sonra yaxşı nəticə ilə razı halda qayıdıblar. Şəfalarını tapıblar, təqdirəlayiq haldır. Ümumiyyətlə, insan saf olanda, əxlaqlı olanda cəmiyyətə təmənnasız xidmət edər, rüşvətxorluqdan və onun kimi pis hərəkətlərdən uzaq olar, cəmiyyətə xidmət etmək üçün özünü fəda edər. Budur İradə xanımın həyatda amalı və missiyası. Mən onu və rəhbərlik etdiyi “Vertebra” Tibb Mərkəzinin bütün kollektivini Həkimlərin peşə bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinə işlərində ugurlar, ən əsası canlarının saglığını arzulayıram. -
İskəndərov Cəmil, Azərbaycan Tibb Universiteti
Həkimlər içərisində “Vertebra” Tibb Mərkəzinin baş həkimi İradə xanımı xüsusi vurgulamaq istəyirəm. Oz işinin peşəkarı, təmənnasız, eyni zamanda tələbkar həkim. Elə xəstələr olur ki, İradə xanımın klinikasına reablitasiya keçmək üçün göndəririk, yüksək nəticə görürük. Biz buna görə qürur duyuruq. Onun xoş rəftarı, sadəliyi, xəstəni inandırması, ümid verməsi demək olar ki, xəstəni müəyyən faiz sagaldır. Belə həkimlərimiz cox olmasa da müəyyən qədər var və bu gözəl həkimimizə can saglığı yeni-yeni nailiyyətlər arzulayıram. Allah Sizi qorusun! -
Xatirə Abbasova, həkim-cərrah
Ümummilli liderin başladığı işlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Bu gün Səhiyyə Nazirliyi ölkə başçısının sosial yönümlü siyasətini əzmlə və müvəffəqiyyətlə həyata keçirir. Səhiyyədə yeni islahatlar, qanunverici bazanın təkmilləşdirilməsi, tibbin sosial əhəmiyyətli sahələrində milli fəaliyyət proqramlarının qəbul edilməsi, ölkənin elmi-tibbi potensialının gücləndirilməsi bu gün Azərbaycan səhiyyəsinin əsas inkişaf istiqamətlərindəndir. Hal-hazırda yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, yeni avadanlıqlarla təchizatı bugünkü səhiyyəmizin yüksəlişinin təzahürləridir. Mən bir səhiyyə işçisi kimi bütün həmkarlarımı təbrik edirəm və ən xoş arzularımı bildirirəm. -
Dr. Sahib Cafarov
Mən bu gün tələbə yoldaşım,dostum İradə xanım haqqında danışmaq istəyirəm. 1979-1985 -ci illərdə N.Nərimanov adına Tibb İnstitutunun pediatriya fakültəsində bir qrupda təhsil almışıq. Bizim qrup nümayəndəsi olub.İlk baxışdan gözəgəlimli olmasa da öz təmkini,savadı,iradəsi və qayğıkeşliyi ilə hamımızın rəğbətini qazanmışdır. 1990-cı illərin əvvəllərində,ailə vəziyyəti ilə əlaqədar olaraq Moskva şəhərinə köçdülər. Mən elə düşünürdüm ki,Azərbaycan cəmiyyəti İradə xanımın timsalında layiqli bir pediatrını itirdi. Lakin illər sonra Bakıya dönüşündə yanıldığımı hiss etdim. Bu illər ərzində İradə xanım ona xas olan əzmkarlıqla vertebrologiya elminin sirrlərini öyrənmiş,gərgin zəhmət və əziyyət bahasına Azərbaycanda ilk vertebroloji kilinika təsis edərək bu günə qədər də onun sükanı arxasında möhkəm dayanmışdır.Onun metodları ilə müalicə alan neçə-neçə insanlar öz problemləri ilə vidalaşmışlar.Gözəl insan,mehriban dost,ailəcanlı qadın və professional mütəxəssis kimi İradə xanıma səmimiyyətlə uğurlar arzulayıram. -
-
Prof. dr. Azad İsazadə
Mən İradə xanım haqqında gözəl sözlər nə qədər desəm də azdır. Onun xoş sözü, mehribanlığı, həssaslığı, qayğıkeşliyi xəstənin vəziyyətinə bir qayda olaraq müsbət təsir göstərir. O, xəstəni müayinə və müalicə edərkən xəstənin əsəbi vəziyyətini, mədəni inkişaf səviyyəsini, xəstəliyi doğuran obyektiv və subyektiv amilləri diqqətlə öyrənir, onun psixologiyasını nəzərə alır. Ümumiyyətlə, həkimlik təcrübəmizdən rast gəlmişik ki, həssas olan insan xəstələndikdə daha da həssas olur. Yerində işlədilməyən sözə, hərəkətə qarşı ciddi reaksiya verir. Belə hallarda həkimin qayğısı, səmimiyyəti ən təsirli müalicə vasitəsidir. Xəstələrə fərdi yanaşmaq, onların şəxsiyyətlərinə, ləyaqətlərinə hörmət etmək biz həkimlərin müqəddəs borcudur. İradə xanım bir həkim olaraq hərtərəfli hazırlıqlı, yaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik bir insandir. Ümumiyyətlə, həkim xəstəni müayinə edərkən, kimdən nəyi soruşmaq və necə soruşmaq lazım olduğunu bilməlidir. Bu vaxt xəstənin yaşı, təhsili, dünyagörüşü və s. xüsusiyyətləri nəzərə alınmalıdır. Eyni xəstəlik müxtəlif adamlarda müxtəlif formalarda təzahür edir. Buna görə də həkim hər bir xəstə üçün yalnız onun özünəxas fərdi müalicə üsulu tapmağı bacarmalıdır. İnsanların keçirdikləri əzab-əziyyətləri, ruhi sarsıntıları duymaq, onun səbəblərini aşkar edib müvafiq tədbirlər görmək üçün adi həkim olmaq kifayət deyil. Eyni zamanda bir psixoloq həkim kimi də yanaşılmalıdır. Bu baxımdan mən hörmətli İradə xanımı alqışlayıram. Hörmətli İradə xanım, Peşə bayramınız münasibətilə sizi və kollektivinizi ürəkdən təbrik edirəm. Həmişə belə sadə, gözəl qalasız İradə xanım! -
-
PƏRVİZ SƏMƏDOV - 2 saylı M.Əfəndiyev adına klinik xəstəxanasının uşaq cərrahiyyə şöbəsinin müdiri
Bu gün iftixarla həkim həmkarım İradə xanım haqqında bir neçə söz demək istəyirəm. Bu xanımın çox yüksək insanlıq dərəcəsi, daxili zənginliyinin dərinliyi istər-istəməz müsahibini heyran qoyur. Ona daha yaxından bələd olmaq üçün vaxtilə oxuduğu universitetin qrup yoldaşlarından, tanıyanlarından, kollektivdən öyrənib haqqında obyektiv söz demək mümkündür. Sözübütovdür,vədi ilə əməli arasında fərq görməzsən. Mehribandır, təvazökardır, zəhmətkeşdir. Gözəl vətəndaş, ləyaqətli bir həkimdir. Ömrünü gününü elm, təhsil yolunda xərcləyib. İşlərinin öhdəsindən müvəffəqiyyətlə gəlməyi bacaran İradə xanım həm də gözəl ana, həyat yoldaşı, nənə, adı iftixarla çəkilən övladdır, bacıdır. Müsbət keyfiyyətləri ilə qəlblərdə sınmayan körpülər salan bu xanım hər zaman inama, ehtirama, hörmətə yol açıb. Onda peşəsinə vurğunluq, qeyri adi güc, sönməz qüvvə var. Bunların vəhdəti onu başqalarından fərqləndirir. Əlbəttə, sadə və təvazökar bu xanım hamımızın hörmətinə layiqdir. Ailə üzvlərimin də ona xüsusi hörməti var. Hətta oğul övladım İradə xanımın rəhbərlik etdiyi Onurğa klinikasında müayinə və müalicə olunub və bir kurs müalicədən sonra ondakı irəliləyişi görmüşük və nəticəsindən razı qalmışıq. Əzizimiz İradə xanım, Peşə bayramımız münasibətilə Sizi təbrik edirəm. Arzu edirəm ki, dövlətimiz tərəfindən tezliklə layiqli qiymətinizi alasınız, inşallah! -
-
-
-
-
-