Skolioz-onurğa əyilmələri

July 25, 2015
Off

Onurğa sütununun S-vari və ya -C vari əyilməsidi. Ən xoşagəlməz xüsusiyyəti heç bir ağrı vermədən erkən yaşlarda, əsasən qızlarda 11 – 12 yaş, oğlanlarda 12-13 yaş yaşlarda başlayaraq onurğanın əyilməsidir.Əyrilik 4-cü dərəcəyə çatır ağrı vermir. Əzələ zəifliyi ilə başlayan bu patologiya sümük deformasiyası ilə nəticələnir. Xəstəlik aşağıdakı əlamətlərlə nə qədər tez aşkarlanarsa o qədər sağalma faizi çox olar.

1. Çiyinlərdə assimetriya.
2. Kürək tinlərində fərq.
3. Beldə yan büküşün dərinləşməsi.
4. Torsiya (yana əyilmə).
5. Rotasiya (gövdənin burulması).
6. Ayaq qısalığı.
7. Çanaq tinlərində assimetriya.

I – II dərəcədə o qədər də görünmür amma daxili orqanın funksiyasının pozulmasına təsir edir, xolistit, pankreatit, bronxial astma, nevroz, tez yorulma, yaddaşın zəifləməsi əlamətləri yaradır, zehni qavramanın ləgiməsi baş verir. III –IV dərəcədə döş qəfəsi deformasiya uğrayır, çanaq tinlərində simmetriya pozulur, torsiya – yana yıxılmayaranır, rotasiya- gövdənin burulması, ayaq qısalığı yaranır

1. Məktəb skoliozu
2. Sənət skoliozu
3. Qocalıq skoliozu
4. Funksional skolioz var.

Cəmi 10 % anadangəlmədir. Adətən qazanılma olur.

Qazanılm isə aşağıdakı 3 forma olur:
1. Diskogen – maddələr mübadiləsinin pozulması hesabına qalxanabənzər vəzin patologiyasında, əzələ bağ aparatların quruluşnun pozulmasindan yaranan əyrilik.
2. Qravitasion – əzələ bərkiməsi, kontrntura nəticəsində yaranan, yetginlik dövründə ağır idmanla məşğul olanlarda olur.
3. Miotik forma- əzələ zəifliyi nəticəsində əmələ gəlir.

Əyilmə nahiyyəsinə görə skoliozlar:
• Döş
• Doş bel
• Bel
• Kombinə olmuş olur.
• Boyun

Bucağın əyilmə dərəcəsinə görə 4 – dür.
I əyilmə bucağı – 5-10*
II əyilmə bucağı – 11-30*
III əyilmə bucağı – 31-60*
IV əyilmə bucağı – 60-90*

Müalicə fərdi yaşa, səbəbə görə kompleks şəkildə xüsusi sxemlə aparılır.

Aşağıdakı hallarda onurğa əyilməsi gözlənilir. Belə uşaqlar risk qrupuna aiddir.
Omba bud çıxığı, yastıayaqlıq, sinə batıqlığı, anadangəlmə döş qəfəsi deformasiyası, əyriboyunluq, osteodistrofiya, travmadan (çıxıq və sınıqlardan ) sonra raxit keçirmiş və tez-tez KPX (qrip) ilə xəstələnən uşaqıarda onurğa əyilmələri (skalioz və kifozlar) çox məruz qalır.
Bu əyilmələr 95 % -ni təşkil edir.
Xəstəliyin qarşısını almaq üçün profilaktik məqsədlə belə uşaqıar əyilmə başlamamış kompleks müalicə götürməlidir.

 

About the Author