Osteoxondroz

March 18, 2015
Off

Onurğanın degenerativ, distrofik xəstəliyidir. Bu fəqərəarası disk fəqərə cismində olur. Enizotik, vaxtaşırı baş verən boyun, bel və kürək nahiyyəsində ağrıları göstərir.

MRT ilə dəqiq diaqnoz qoymaq mümkündür. Hüceyrənin 86% -i sudur. Su və mikroelementlərin çatışmamazlığı əsas səbəbdir.

Xəstəlik 3 mərhələdən ibarətdir:
1. Distorfiya – qidalanma və maddələr mübadiləsinin pozulması nəticəsində.
2. Dehidratasiya – susuzlaşma.
3. Degenerasiya – susuzlaşma nəticəsində fəqərəarası diskin quruluşunun pozulması.

Hərəkətsizlik, çəki artıqlığı, qalxanabənzər vəzin patologiyası, ağır fiziki iş, stress, mikro və makrotravmalar, bədən soyuması, maddələr mübadiləsinin pozulması xəstəliyin əsas səbəbləridir.

Beldə, kürəkdə, boyunda ağrılarla başlayır. Xəstəliyi bu mərhələdə tez sağaltmaq mümkündür. Klinikamızda bu xəstəlik üçün dünya standartlarına uyğun kompleks müalicə var.

Xəstəliyin əmələ gəlməsini artıran bütün səbəblər aradan qaldırılır və məsləhət proqramları verilir.

About the Author