Kifoz

March 20, 2015
Off

Onurğanın arxaya, qamətin önə doğru əyilməsidir.İki növü vardır.
1 Döş fəqərələrinin kifozu.
2 Oma büzdüm kifozu.

Fizioloji kifozu , patoloji kifozla dəyişik salmaq olmaz. Fizioloji kifoz 2-3 aylıq uşaqda olur və bütün onurğanı əhatə edir. Patoloji kifoz isə anadangəlmə və qazanılma olur.Qazanılma kifozlar 4 cürdür

1 Uşaqlıq kifozu.
2 Yeniyetmə kifozu.
3 Qocalıq kifozu.
4 Sənətlə əlaqədar kifoz.

Qazanılma və anadangəlmə kifozların 4 dərəcəsi olur.

I dərəcə – əyilmə bucağı 20°-ə qədər.
II dərəcə – əyilmə bucağı 55° – ə qədər.
III dərəcə – əyilmə bucağı 90°-ə qədər.
IV dərəcə – əyilmə bucağı 90°-dən çox.

Patoloji kifozlara Şeyerman Mau, Bexterev xəstəliyi, Kalve xəstəliyi aiddir.
Hər 3 xəstəlik üçün klinikamızda müalicə var və xüsusi kifoz bucağını azaltmaq üçün tibbi avadanlıq var.
Bütün yaşlarda kifozlar eyni əlamətləri verir. Başda sıxılma, miqren tipli baş ağrıları, tez yorulma, yaddaşın zəifləməsi, qulaqda küy, kürəkdə ağrı, görmənin zəifləməsi, fiziki aktivliyin azalması, ürəkdə ağrı, hipoksiya-hava çatmamazlığı, əldə keyləşmə, qolda, çiyində, iki kürək arasında ağrı, qabırğa arası nevralgiya, miolgiya və s.

About the Author