Haqqımızda

Dr. İradə Hacıyeva: “Vertebra Onurğa Mərkəzi Azərbaycanda sırf onurğa sütunu problemləri ilə məşğul olan
ixtisaslı tibb müəssisəsidir”.
 
Ölkəmizdə onurğa problemləri ilə məşğul olan yeni və müasir tibbi mərkəz  “Vertebra” Tibb Mərkəzidir. Müalicə ocağının rəhbəri İradə Hacıyeva müəssisə haqda bizə ətraflı məlumat verdi:
“Vertebra” sözü onurğa deməkdir. Bizim “VERTEBRA” Tibb Mərkəzi də onurğa sütunu problemləri, o cümlədən skoliozlar, kifozlar, osteoxondrozlar, osteoparozlar, fəqərəarası disk yırtıqları və digər oxşar xəstəliklərinən müasir ixtisaslı müayinəsi və müalicəsi ilə məşğul olan tibb mərkəzidir. Klinikanın rəhbəri kimi deyə bilərəm ki, “Vertebra” TM bütün zəruri müasir avadanlıqlarla təmin olunmuşdur. Dünyada məlum olan bütün mütərəqqi metodlardan, əldə edilmiş nailiyyətlərdən istifadə edərək onurğa sütunu xəstəliklərinin kompleks müalicəsini təmin etməyə çalışırıq. Klinikamızda onurğa fəqərəarası disk yırtıqlarının əməliyyatsız müalicəsində əhəmiyyətli dünya nailiyyətlərini tətbiq edirik. Onurğa xəstəliklərinin müalicəsində çəki azaltma və idman prosedurlarının, müalicəvi gimnastikanın böyük əhəmiyyəti var. Onurğa sütunu xəstəliklərinin müalicəsi məqsədilə effektiv fizioterapiya prosedurları, müalicəvi vannaları, hidrotraksiya vannasını, yoqa terapiyasını, müalicəvi masajı da geniş tətbiq edirik. Məktəb yaşlı uşaqların onurğa problemləri xüsusilə cəmiyyətimizin ağrılı məsələlərindən biri olduğu üçün bu istiqamətdə maaarifləndirmə, təbliğat-təşviqat işlərin aparılmasını vacib sayırıq. Uşaqlarda rast gəlinən onurğa əyrilikləri, skoliozlar, kifozlar bizi çox narahat edir.
Birinci, ikinci dərəcəli skoliozlar çox sadə müalicə olunur. Bu xəstəliyin müalicəsi üçün klinikamızda müvafiq fizioterapiya metodları, miostimulyasiya, traksiya (dartılma), kinezeterapiya və su prosedurları var. Ən çox da boy artımı yaşlarında meydana gəlir. Skoliozları, kifozları valideynlər məktəb yaşlarında çox vaxt vaxtında müəyyən edə bilmirlər. Birinci mərhələdə ümumiyyətlə valideynlər aşkar edə bilmirlər. Bizim məqsədimiz onurğa sütunu xəstəliklərinin, o cümlədən fəqərəarası disk yırtıqlarının cərrahi əməliyyat olmadan müalicəsini təşkil etməkdir.
Məlum olduğu kimi insanın dayaq-hərəkət sisteminin əsasını onurğa sütunu təşkil edir. Onurğa 32 fəqərədən ibarətdir. Hər bir fəqərənin arasında dəlik və disklər vardır.Bu dəliklərdən çoxlu sayda sininrlər çıxaraq orqanizmin bütün hüceyrələrinə, orqan və toxumalarına qədər gedərək sinir-trofik qidalanmanı təşkil edir. Adətən qan-damar sisteminin qidalanması barədə xalq arasında bir qədər məlumat var. Lakin sinir-trofik qidalanma da ən vacib yer tutur. Məhz sinir-trofik qidalanma da bəhs etdiyimiz bu sinirlərin hesabına həyata keçirilir.
Onurğa kanalında onurğa beyni yerləşir. Onurğa kanalından çıxan bu sinirlər əgər sıxılarsa, ciddi dəyişikliklərə səbəb ola bilir. Tutaq ki, bel nahiyəsində fəqərəarası dəliklərdən çıxan sinirlər baş barmağın ucuna qədər gedir. Əgər sinirlərin sıxılması olarsa, sinir ucluqlarına, barmaqlara qədər dözülməz ağrılara səbəb ola bilər. Uzun müddət diqqət yetirmədikdə sinir-trofik qidalanmanın pozulması nəticəsində ətrafların digər tərəfə nisbətən gödəlməsi, a rıqlaması baş verə bilər. Əgər fəqərələr hansı nahiyədə dəyişiklikliyə məruz qalıbsa, bu fəqərəarası dəlikdən çıxan damarlar və sinirlər sıxılacaq və təkcə aşağı-yuxarı nahiyələrə deyil, innervasiya etdiyi daxili orqanların fəaliyyətinin pozulmasına gətirib çıxaracaq.
Boyun fəqərələrində patoloji proses olarsa, başda, boyunda, gözdə problemlər özünü göstərəcək. Döş fəqərələrində patologiyalar olarsa, stenokardiya tipli ağrılar, tənginəfəsli, ürək sıxıntıları, ürəkdə ritm pozuntuları və sair əlamətlər özünü göstərəcək.
Aşağı döş fəqrələrində dəyişikliklər olarsa, mədəaltı vəz, mədə ağrıları kimi əlamətlər, qaraciyərin funksiyasının pozulması, öd kisəsi patologiyası, ümumiyyətlə biruzə verə bilər. Bağırsaqların funksiyasının pozulması müşahidə olunur.
Onurğanın bel nahiyəsində patologiyalar, o cümlədən protruziyalar, fəqərəarası disk yırtıqları nəticəsində çanaq orqanlarının, aşağı ətrafların funksiyaları pozulur.
Fəqərəarası disklərdə yırtıqların bütün hallarda cərrahi əməliyyat olunması düzgün deyil. Əməliyyat sonuncu yerdə durur. Disk yırtıqları bütün dünyada çox az hallarda əməliyyatla müalicə olunur. Disk yırtıqları o zaman əməliyyat olunur ki, uzun müddətli konservativ müalicə effekt vermir və ya xəstə tamamilə yeriyə bilmir. Hansısa sinirin atrofiyası var arıqlama gedir. 6, 7, 8 mm yırtıqları əməliyyat etmək doğru deyil. Sadəcə xəstəyə güclü ixtisaslı tibbi yardım lazımdır.
Həkimlərimiz ölkəmizdə və xaricdə keçirilən kurs simpozium və konfranslarda iştrak edir. Klinikamızın xaricdə olan konsultant həkimləri ilə daim əlaqə saxlayıb xəstələrimizin müalicəsində onların fikrinə üstünlük veririk.
 
Onurğa Mərkəzində müalicə edilən xəstəliklər:
 
  • Osteoxondroz- dərmansız, korsetsiz
  • Protruziya- dərmansız, korsetsiz
  • Fəqərəarası disk yırtığı- dərmansız, əməliyyatsız
  • Skolioz- korsetsiz, əməliyyatsız
  • Kifoz- korsetsiz,əməliyyatsız
  • Daban şporları
  • Bexterev xəstəliyi- kompleks şəkildə
  • Şeyerman- Mau kifozu
  • Döş qəfəsi deformasiyasının bərpası
  • Sinə batıqlığı və qabarmaları
  • Qabırğa donqarlığı
  • Onurğa mənşəli ayaq qısalığı
  • Rotasiya (gövdənin burulması)
  • Tarsiya (gövdənin yana yıxılması)
  • Əyriayaqlıq
  • Yastıpəncəlik
  • Osteoporozun müalicə və profilaktikası
  • Zədələnmədən sonra bərpa
  • Əməliyyatdan sonra bərpa
  • Hamiləlikdən sonra bel ağrıları
  • Oynaq xəstəlikləri
  • Nevrozlar
  • İmmun zəifliyinin bərpası
  • Xroniki yorğunluq sindromu
  • Zəli ilə onurğa və oynaq (bel, boyun, kürək) ağrılarının müalicəsi
  • Əzələ atrofiyasının bərpası
  • Əzələ rigidliyi (bərkiməsinin) bərpası
  • Arıqlama proqramı
 
Onurğa Mərkəzində müalicə üsulları:
  • Zərbə dalğası ilə müalicə
  • Lazeroterapiya
  • Krioterapiya
  • Fizioterapiya (vakuum başlığı ilə)
  • Manual terapiya akupunktura
  • Miostimulyasiya
  • Maqnitoterapiya
  • Ultrasəslə müalicə
  • Amplipuls
  • Elektrofarez
  • Hidrotraksiya (suda dartma)
  • Anatamotor (traksiya)
  • Traksiya
  • Stounterapiya
  • İnterferels terapiya
  • Nöqtəvi Çin masajı
  • Onurğa masajı
  • Uimeyho terapiya (Yapon masajı)
  • Yoqa ilə onurğa xəstəliklərinin müalicəsi
  • Zəli ilə müalicə
  • Şarko duş
  • Ozon vannası
  • Yod-brom vannası
  • Sauna- krioterapiya
  • Kinezoterapiya
  • Sinə batıqlığı üçün vakuum aparatı
  • Qabırğa donqarlığı üçün tibbi avadanlıq
  • Detenzor
  • Onurğa korrektoru
  • Ultrasəslə müayinə (əzələ, oynaq və daxili orqanların)
  • EKQ
  • İqloterapiya
 

Klinikamızın konsultant həkimləri:

 
  
 
 
  

Klinikamızın həkimləri:

 

Klinikamızın təmir-bərpa işlərindən sonrakı görüntüləri: