FAQ

“Vertebra” – sözünün mənası nədir?

“Vertebra” – latın sözü olub “onurğa-fəqərə” mənası verir. Onurğa sütunu 32 fəqərədən və fəqərəarası diskdən ibarətdir.

 

Onurğa nədir?

Onurğa fəqərə və fəqərəarası diskdən ibarət olub, dayaq hərəkət sisteminin əsas strukturudur. Onsuz insan otura və hərəkət edə bilməz. Onurğa – onurğa kanalında yerləşən onurğa beynini zədələnmə və travmalardan qoruyur.

 

Onurğa beyni nədir?

Onurğa beyni onurğa kanalında yerləşən cəmi 40 qram çəkisi olan həyatı əhəmiyyətli orqandır. Onurğa beynindən bütün bədənimizə fəqərəarası dəlikdən cüt sinirlər çıxır. Bunlar vegetativ, simpatik və parasimpatik sinirlərdir.

 

 

Onurğa sütunu neçə hissəsədən ibarətdir?

Boyun fəqərələri (C) 7 ədəd

Döş fəqərələri (TH) 12 ədəd

Bel fəqərələri (L) 5 ədəd

Oma sümüyü (SACRUM)

5 fəqərənin birləşməsindən əmələ gəlir

Hərəkətli büzdüm sümüyü

 

Fəqərənin quruluşu necədir?

Hər  fəqərə 3 hissədən ibarətdir.

Cismi, qövsü, arxa və yan  çıxıntıları

 

Fəqərəarası disk nədir?

2 fəqərə arasında fəqərəarası disk mövcuddur. Hər bir disk amartizasiya qabiliyyətinə malik fibroz həlqə və pulpoz nüvədən ibarətdir.

 

Onurğa xəstəlikləri neçə qrupa bölünür?

Onurğa xəstəlikləri 4 qrupa bölünür.

Onurğanın destruktiv- degenerativ xəstəlikləri, osteoxondroz, fəqərəarası disk yırtıqları protruziya, sekvestrasiya, skolioz və kifozlar, osteoporoz

Onurğanın travma və zədələnmələri

Onurğnın yoluxucu xəstəlikləri, iltihab nəticəsində onurğada yaranan xəstəliklər.

Onurğa onkologiyası

Skolioz nədir?

  1. Bədən tarazlığının itməsi – onurğanın əyilməsi hesabına bədən oxunun orta xəttdən kənara çıxması Onurğanın yana sağa və sola əyilməsi
  2. İnkişaf edən bədəndə əzələ zəifliyi nəticəsində yaranan sümük deformasiyasıdır.
  3. Skolioz-ağrı vermədən bədən görünüşünü dəyişərək görüntülü əlillik yaradan xəstəlikdir.
  4. Orqanizmdə bir çox səbəblərdən yaranan sümük deformasiyasıdır.

 

Skolioz sözünün mənası nədir?

Yunan sözü olub scoliosis-əyilmə deməkdir.

 

İrsi xarakter daşıyırmı?

Cəmi 10% uşaqlarda CHD-7 geni daşıyıcısı olduqda daha çox gələcək nəsildə gözlənilir.

 

Skoliozun neçə dərəcəsi var?

I-əyilmə bucağı 10 dərəcəyə qədər

II- əyilmə bucağı 10-20 dərəcə qədər

III- əyilmə bucağı  20-30 dərəcəyə qədər

IV- əyilmə bucağı 30-40-dərəcədən yuxarı

 

Onurğa neçə dərəcəyə qədər əyilə bilər?

Onurğa 200 dərəcəyə qədər əyilə bilər.

 

 

 

Skoliozun əlamətləri hansılardır?

Bədən tarazlığının itməsi, çiyinlərdə fərq, yerişin dəyişməsi, kürək tinlərində fərq, yan büküşün dərinləşməsi, beldə tarsiya-gövdənin yana yıxılması, rotasiya-gövdənin burulması, qabırğa donqarlığının yaranması, çanaq tinlərində fərq, ayağın qısalması və s.

 

Skoliozun ən xoşagəlməz xüsusiyyətləri nədir?

İnkişaf edən bədəndə ağrı vermədən III-IV dərəcəyə çatır. Ağrı vermədiyinə görə valideyn vaxtında aşkarlamır və həkimə gec müraciət olunur.

III-IV dərəcə kifoz və skoliozda onurğa əyilmələrinin verdiyi fəsadlara nələr daxildir?

Yaddaşın və zehni qavramanın ləngiməsi

Tez yorulma

Görmədə dəyişiklik, yaxını görmənin zəyifləməsi

Mədə-bağırsaq xəstəliklərinin yaranması, öd yollarının diskineziyası

Hipoksiya, dərindən nəfəs alma, tənəffüz çatışmamazlığı.

Cinsi inkişafdan geri qalma

Maddələr mübadiləsinin pozulması

Damar vegetativ distoniya

Oynaq xəstəlikləri

Menstrual tsiklin pozulması

Menstrual tsiklin yaşa uyğun ləngiməsi baş verir.

Onurğa əyilmələri qadın orqanizmində hansı dəyişikliklərə səbəb olur?

Skoliozla ailə qurduqda hamiləliyin baş verməməsi, uşaqlığın vəziyyətinin dəyişməsi ilə əlaqədar döl qan dövranının pozulması dölün hipoksiyası, ağrılı hamiləlik, (beldə və qarının aşağı hissəsində), hamiləlikdən sonra beldə ağrı və onurğanın əyrilik bucağının artması, uşağın skolioza meyilli doğulmasına səbəb olur.

 

Kimlər onurğa əyilməsinə (kifoz və skolioza) 50% namizəddir?

Əyriboyunluq

Yastıayaqlıq

Valideyn basqısında olanlar

Sinə batıqlığı

Döş qəfəsi deformasiyası (qabarması) olan şəxslər

Oma bud çıxığı olanlar

Tez-tez krx ilə xəstələnənlər

Əzələ zəyifliyi olanlar

Nevroloji statusu olanlar

Helmitlə yoluxmuş uşaqlarda

Qanda mikroelementlərin çatışmamazlığı

Həyat və yaşayış şəraiti düzgün olmayanlar 50% risk qrupuna daxildir.

(geyim, qidalanma, yatacaq və s.)

 

Kifoz və skoliozlarda əyilməyə meyilli olan yaş hədləri hansılardır?

Ən çox keçid dövründə qızlarda 11-12 oğlanlarda 12-13 yaşlarında əyilmə statistikaya görə çoxdur.

Uşaq həyatının 6 ayında, 4 yaşında, 8 yaşında və 11-13 yaş arasında vertebroluqun müayinəsindən keçməlidir.

 

Nə etsək onurğada əyrilik (kifoz və skolioz) yaranmaz?

Uşaq 6 ayında oturmaq istədikdə qədərindən artıq oturmamalıdır.

İməkləyərək yeriməyi öyrənməldir.

Yeridikdə bədən çəkisinə kömək etmək lazımdır.

Birtərəfli maneə qoymaq olmaz.

Qucaqda oturaq vəziyyətində çox saxlamaq olmaz.

Bükülü birtərəfli yatmaq olmaz.

Yatacaq ortopedik, yarımsərt olmalıdır.

Mütləq 4-5, 7-8, 11-12 yaşlarında həkim müayinəsindən keçməli və bədən tarazlığını normal saxlamaq üçün profilaktik müalicə almalıdırlar.

Baxça və məktəbdə qədərindən artıq oturaq vəziyyətdə qalmaq olmaz.

İnkişaf edən bədəndə əzələni tonusda saxlamaq üçün I-II dərəcə əyrilikdə üzgüçülük və Azərbaycan milli rəqsi tövsüyyə olunur.

 

Güləşə getmək və ağırlıq qaldırmaq olarmı?

İnkişaf edən bədəndə ağır idman növləri keçid yaş dövründə məsləhət deyil.

 

 21 yaşından sonra kifoz və skoliozlu xəstələri nə gözləyir?

21 yaşından sonra qadınlarda aylıq hormanal tsikl, hamiləliklər, klimaks sonra isə osteoporoz, hər yaş həddində əyilmə bucağının artmasına səbəb olur. Kişilərdə isə 21-22 yaşından əyilmə dayanır və peşə ilə əlaqələndirməsək 50-55 yaşa qədər əyilmir.

 

Skoliozlu xəstələr 22 yaşa çatdıqda əyrilik qalarsa nə etməlidir?

Onurğadan çıxan sinirlərin sıxılması hesabına ürək ağciyər çatmamazlığı, beldə boyunda kürəkdə ağrılar, daxili orqanlarda funksional dəyişikliyi yaranmasın deyə ildə 2 dəfə, 6 aydan bir kompleks müalicə götürülməlidir.

 

Bütün onurğa əyilmələrində üzgüçülüyə getmək olarmı?

Onurğa əyilmələrinin I dərəcəsində üzməyə getmək olar. Artıq dərəcələrdə isə kompleks müalicə götürmək əyilmə bucağını azaltmaq nəticəni möhkəmləndirmək üçün müalicəvi üzgüçülüyə getmək lazımdır. Onurğa əyilmələrində üzmə prosseduraları fərdi olaraq nəzarət altında olmalıdır.

 

Peşə ilə əlaqədar skolioz və kifoz yaranırmı?

Orta yaşlarda iş şəraiti ilə əlaqədar bədənin uzun müddət eyni vəziyyətdə qalması onurğa əyilməsinə səbəb olur. Həm ayaq üstə dayandıqda, həm oturduqda onurğaya yük düşür. Bu da onurğa əyriliyinin yaranmasına və artmasına səbəb olur.

 

 Onurğanın (skolioz və kifozları) əyilməsini necə dayandırmaq olar?

Səbəbi aradan qaldırdıqdan sonra yəni həyat tərzini dəyişməklə, kürək əzələlərini bərkitməklə əyilməni dayandırmaq olar. Bunun üçün dünya Vertebrologiya Assosiasiyası tərəfindən hazırlanmış pratokola riayət etməklə instruktajı səbrlə, təmkinlə vaxtı-vaxtında götürmək lazımdır.

 

Müalicə nə qədər effekt verir?

İnkişaf edən bədəndə əyriliyin özünü dayandırmaq çox çətindir.

Amma  I-II dərəcədə dayandırmaq və düzləmək mümkündür. III-IV dərəcə əyilməni dayandırıb, əvvəlki mərhələyə keçirməyə çalışmaq lazımdır.

 

Müalicədə əsas nə götürülür?

Onurğa xəstəliklərində xəstəyə fərdi yanaşılır. Xəstəliyin adı eyni olsa da hər xəstədə əlamətlər  müxtəlif olur. Buna görə də müalicə yanaşmaları da müxtəlifdir və müalicə fərdi olaraq təyin olunur.

 

Onurğa xəstəliklərində müalicənin ümumi sxemi varmı?

Fərqli həyat tərzi keçirənlərdə ümumi müalicə sxemi.

I kurs – patologiyanı və əyilməni dayandırmaq

II kurs  – korreksiya və müalicə

III kurs – nəticəni möhkəmləndirmək

Sonrakı 3 il, 6 aydan bir nəticəni saxlayıcı və bərpaedici müalicə, daha sonra ildə 1 dəfə xəstə kompleks müalicə götürməlidir. Bu xəstədən səbr, təmkin və qoçaqlıq tələb edir.

Müalicədə əsas nəyə üstünlük verilir? Aktiv müalicə prinsipinə üstünlük verilir, çünki xəstə xəstəliyin profilaktikası üçün gündəlik olaraq nə etmək lazımdır bilməlidir.

 

Onurğa xəstəlikləri zamanı hansı hallarda korsetlərdən istifadə olunur?

Proqressiv inkişaf edən onurğa əyilmələrində korsetlər taxıla bilər.

Avtomobil qəzaları, travmalarda,

İdman və gündəlik həyatında kəskin hərəkətlər etdikdə sürüşmə və sınmalar olarsa korsetlər qaçılmazdır.

Onurğanın əyrilik bucağı III dərəcəni keçdikdə

 

Korsetlərin mənfi xüsusiyyətləri nədir?

2 həftə korset taxmaq əzələ atrofiyasına səbəb olur.

Mədə və böyrək sallanması verir.

Qarnın ön divarını  arxa divara sıxaraq öd yollarının diskineziyasına səbəb olur.

İnkişaf edən bədəni qəlibə salır.

Korset bədəndə yaralar əmələ gətirir.

Uşaqlarda kompleks yaradır.

Uşaqlar daha həssas və əsəbi olurlar.

 

Spinomed- korrektor nədir?

Spinomed almanlar tərəfindən ixtira olunmuşdur. Gündəlik onurğada olan əyilməni düzləndirir, korreksiya edir. Kürək əzələlərini 78%, qarnın alt qrup əzlələrini 52% bərkidir. Korsetdən fərqli olaraq 2-6 saat taxılır, inkişaf edən bədəndə 2 saat taxma əyilmənin qarşısını alır.

 

Onurğa xəstəliklərində əməliyyata ehtiyac varmı?

Heç bir onurğa xəstəliyində əməliyyata üstünlük verilmir, amma həyati göstəriş varsa mütləq əməliyyat olunmalıdır.

 

Əməliyyat zamanı hansı fəsadlar gözlənilir?

Tənəffüs orqanlarının iltihabı.

Təkrari qanaxmalar

Sinir sisteminin zədələnməsi.

Hər şey xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Yaddan çıxarmaq lazım deyilki onurğa kanalında onurğa beyni yerləşir.

 

Qalxanabənzər vəzin patologiyası niyə  onurğa xəstəliyinə səbəb olur.

Qalxanabənzər vəzdə patologiya olduqda (zob) kalsium və fosfor mübadiləsi pozulur və bu erkən yaşlarda əyriliyin artmasına orta yaşlarda destruktiv-degenerativ dəyişikliklərə, osteoxondroza səbəb olur. Bağırsaq qurdlarının təsiri anemiya-qan azlığı, helmentlərlə yoluxma (lyomblia, askoridoz) onurğa əyilmələrinə zəmin yaradır, əzələ zəyifləyir və əyrilik artır.

 

Travmaların onurğa əyilməsinə təsiri.

Yuxarı və aşağı ətrafların sınığı, çıxığı, əzilmələrində 2 həftə bədənin vəziyyətini dəyişmədən birtərəfli saxlamaq onurğa əyilmələrinə səbəb olur. Travma və zədələnmələrdən sonra mütləq reablitasiya götürmək lazımdır.

 

Komputerin, telefonun onurğaya təsiri nədir?

Bu ağıllı aparat  insanın gündəlik həyatının əsas vaxtını alır. Şagird, tələbə və bütün iş adamları saatlarla kompüter arxasında otururlar. Oturduqda onurğaya düşən yük 11 dəfə artır kifoz əmələ gəlir tez yorulur, zehni qavrama ləngiyir. Yana əyilmiş vəziyyətdə uzun müddət oturma inkişaf edən bədəndə əzələnin tonusunu salır, əks tərəfin əzələsini bərkidir. Beləliklə, erkən əyilmənin təməli qoyulur.

 

Onurğa xəstəliklərində baldırın arxa qrup əzələlərində qıcolmaların səbəbi?

Onurğa xəstəliklərində baldırın arxa qrup əzələlərində daha çox gecələr yığılmalar baş verir. Bu əsasən yaşlı adamlarda olur. Baldır əzələlərində elektrobalans pozulur, vitaminlər çatışmır. Vəziyyətdən çıxmaq üçün təyinatı yerinə yetirməklə bərabər baldırın antoqanist  əzələlərini işlətmək və isti saxlamaq məsləhət görülür.

Osteoxondroz nədir və onurğa xəstəlikləri hansı mərhələlərdən keçir?

Ən çox təsadüf edilən onurğa xəstəlikləri  3 mərhələ keçir.

Dehidrotasiya – su çatışmamazlığı nəticəsində fəqərəarası diskdə yaranan susuzlaşma

Distrofiya – qidalanma, su rejimi, maddələr mübadiləsinin  pozulması

Degenerasiya-distrofiya və dehidrotasiya nəticəsində fəqərəaras disk və fəqərələrin quruluşunun pozulmağa başlaması

Osteoxondroz zamanı beldə, boyunda, kürəkdə yerli ağrı yaratmaqla bərabər yayılaraq  yuxarı və aşağı ətraflarda diskonford, daxili orqanlarda funksional pozğunluqlar verir.

Vaxtında müalicə xəstəliyin növbəti mərhələyə (protruziya mərhələsinə) keçməsinin qarşısını alır.

 

Kifoz nədir?

Onurğanın arxaya, qamətin önə doğru əyilməsi kifoz adlanır.
1. Döş fəqərələrinin kifozu.
2. Oma büzdüm kifozu.

Fizioloji kifozu patoloji kifozla dəyişik salmaq olmaz. Fizioloji kifoz 2-3 aylıq uşaqda olur və bütün onurğanı əhatə edir. Patoloji kifoz isə anadangəlmə və qazanılma olur. Qazanılma kifozlar 4 cürdür:

1 Uşaqlıq kifozu.
2 Yeniyetmə kifozu.
3 Qocalıq kifozu.
4 Sənətlə əlaqədar kifoz.

Qazanılma və anadangəlmə kifozların 4 dərəcəsi var.

I dərəcə – əyilmə bucağı 20°- ə qədər.
II dərəcə – əyilmə bucağı 55° – ə qədər.
III dərəcə – əyilmə bucağı 90°- ə qədər.
IV dərəcə – əyilmə bucağı 90°- dən çox.

Patoloji kifozlara Şeyerman Mau, Kalve xəstəlikləri aiddir.

Hər 2 xəstəlik üçün klinikamızda kompleks müalicə və kifoz bucağını azaltmaq üçün xüsusi tibbi avadanlıqlar var.
Eləcə də bütün yaşlarda kifozlar eyni əlamətləri verir. Başda sıxılma, miqren tipli baş ağrıları, tez yorulma, yaddaşın zəifləməsi, qulaqda küy, kürəkdə ağrı, görmənin zəifləməsi, fiziki aktivliyin azalması, ürəkdə ağrı, hipoksiya-hava çatışmamazlığı, əldə keyləşmə, qolda, çiyində, iki kürək arasında ağrı, qabırğa arası nevralgiya, miolgiya və s.

“Şeyerman-Mau” kifozu nədir?

Normal onurğada bir neçə fizioloji əyrilik var. Onurğanın döş nahiyyəsində əyilmə dərəcəsi 20 – 40 dərəcə arası olmalıdır. Əyilmə “Şeyerman – Mau” xəstəliyində 45-75 dərəcə arası olur. Həmin nahiyyədə şmorl yırtığına da təsadüf edilir.

“Şeyerman – Mau”kifozunun səbəbində irsi faktor üstünlük təşkil edir. Önə doğru əyilmiş gövdə uzun müddət eyni vəziyyətdə qalarsa xəstəliyin inkişafına təkan verər. Xəstəlik zamanı hərəkət məhdudluğu- rigidlik yaranır.

Döş boşluğunda yerləşən orqanların funksiyası pozulur.

Vaxtı-vaxtında kompleks müalicə götürməklə xəstəliyin qarşısını almaq mümkündür.

 

Valentin Dikulin onurğa travmamasından sonra necə yeridi?

Sirkdə 13 metr hündürlükdən yıxılan Dikulun onurğasında 10 lokal kompression fəqərə sınığı baş vermişdir. Beldən aşağı bədən hissiyatı itmişdir. Həmin vaxt onun 16 yaşı var idi. Dikulun fikrinə görə travmalarda əsasdır ki, onurğa beyni zədələnməsin, O ətrafdan beyinə impuls göndərərək özünün hissiyatını 5 ilə bərpa etmişdir və bu üsulla o  2007-ci ildə Lüdvik “Nobel” mükafatına layiq görülmüşdür.

Əsas odur ki, əzələni atrofiləşməyə qoymayasan, ona hərəkət etməyi və yenidən işləməyi öyrədəsən.

 

Oturduqda və ayaq üstə durduqda onurğaya nə qədər yük düşür?

Oturduqda fəqərəarası disk daxili təzyiq 175 kq-dır, ayaq üstə durduqda isə 120 kq-a qədər, 60 kq çəkisi 165 sm boyu olan adam 10 kq yük qaldırsa onurğaya  206 kq, 30 kq yük qaldırsa isə 480 kq yük düşür. Bu da fəqərəarası disk pulpoz nüvəsinin kompressiasına səbəb olur.

 

Manual terapiyaya əks göstəriş nədir?

Kəsgin beyin və ürək qan-damar sisteminin pozulması

Kəllədaxili təzyiq

Onurğanın iltihabi xəstəlikləri

Fəqərəarası disk yırtıqları

Yeniyetmə skoliozu və qocalıq kifozu

 

Şmorl yırtığı nədir?

Anadangəlmə defektir. Onurğanın aşağı döş fəqərələrində daha çox təyin edilir. Adı qədər də qorxulu deyil. Xüsusi hərəkətlərdən istifadə etdikdə ağrı itir.

 

Servikal sindirom nədir?

Vertebra bazelyar sindirom. Onurğanın boyun nahiyyəsi onurğanın ən hərəkətli hissəsidir. Hər tərəfə hərəkət edir. Qabağa əyilmiş vəziyyətdə olan baş boyun fəqərəarası diskinə ağırlıq salır və yuxu arteriyasında sinirlər sıxılır. Beləliklə beyin qan dövranı pozulur. Əlamətləri – başda miqren tipli ağrılar, boyunda hərəkət məhdudluğu, çiyində ağrı, görmənin zəyifləməsi, başda sıxılma, ürək bulanması, başın axması, qulaqda küy  refleks oyadır.

 Osteoporoz nədir?

Libermana görə sümük toxumasının mikrostrukturunun pozulması ilə xarakterizə olunan və sümük gücünün azalmasına gətirib çıxaran nəticədə sümüyün sınma riskini artıran xəstəlikdir. Qadınlarda osteoporoz üçün risk yaşı: Menopauza, postmenopauzadır. Xüsusi sümük hüceyrələri osteoblastlar yaşla əlaqədar (qocalır) dağılır, sümüyün mineral tərkibi və mikroelementləri azalır. Ümumiyyətlə 25 yaşa qədər sümük sistemi formalaşıb öz kütləsini tutur, çəki və quruluş cəhətdən tamamlanır. Sonra fizioloji qocalma gedir hər ilə sümük çəkisinin    1-2 %-ni itirir.  Bu itki 5-6%-ə qədər olduqda fizioloji prosses olan osteoporoz artıq xəstəliyə çevrilir, çünki sümük hüceyrəsinin (Osteoklast) yaranması ilə dağılması arasındakı balans pozulur, disbalans yaranır. Yaranır az, məhv olur çox. Beləliklə, insan  orqanizmində yaranan bir çox səbəblər də bu disbalansın artmasına zəmin yaradır.

 

Osteoporozun səbəbləri

Qocalma

Maddələr mübadiləsinin pozulması

Hormonal maddalərdən uzun müddət istifadə

Qalxanabənzər vəz patologiyası

Böyrək xəstəlikləri

Mədə-bağırsaq xəstəlikləri

Hemotoloji xəstəliklər

Mikro elementlərin çatışmazlığı

Onkoloji xəstəliklər

Osteoporozda sümük sınmasın deyə nə etmək lazımdır?

Yıxılmanın qarşısını almalı,

Mikroelementlərdən təbii şəkildə qəbul edilməlidir.

Orqanizmin fiziki cəhətdən təmin etdirməli,

Əzələ atrofiyasının qarşısını almalı,

Çəki artmasına yol verməməli,

Lombadorzal korsetlər, dorzal korsetlərdən istifadə etməlidir.

 

Osteoparozun  profilaktikası  üçün  nə  vacib  hesab edilir?

40 yaşdan sonra ildə bir dəfə təbii mikroelementləri qəbul etmək, yaşla əlaqədar yaranan əzələ atrofiyasını qarşısını almaq, klimaks yaşında kürək və bel əzələlərinin möhkəmləndirmək.

 

Osteopsixopatiya nədir?

Osteoporozlu xəstələrdə əsəb narahatçılığı yaranır. Onlar uzun illər yataqda yatdıqlarına, təkrari sümük sınmalarına  uzun illərlə yatağa məhkum olduqlarına görə özlərini atılmış hesab edirlər. Belə insanlarda yuxu və əsəb pozulmaları olur, baxışları yazıq olur, ətrafdakılardan özlərinə qarşı artıq qayğı tələb edirlər. Boyun hündürlüyünün qısalması, qarının sallanması, kürəyin dəvərməsi, ayaq üstə dayananda əllərin dizdən aşağı görünməsi, baxışların aşağıdan yuxarı dikilməsi, əzələ boşalması və s.

 

Osteoparozun fəsadları.

Uzun illər müalicə və profilaktika yerinə yetrilmədikdə təkrari sümük sınmaları o cümlədən qabırğa, körpücük, bud boynunun və fəqərələrin sınığı baş verir. Hərəkət məhdudluğu, oma nahiyəsində fasiləsiz dözülməz ağrılar, illərlə xəstənin qalan həyat müddətini yataqda keçirməsinə səbəb olur.

 

Komptokormiya nədir?

İnsanın yatağa uzandıqda düz uzanması, ayağa qalxdıqda isə ikiqat olmasıdır. Osteoparozdan fərqli olaraq Komptokormiyada şiddətli ağrılar yaranmır. Profikaltikası və müalicəsi Osteoparozda olduğu kimi aparılır.

Spinomed – korrektor osteoparozlu xəstələri sınmadan nə dərəcədə qoruyur?

Spinomed-kürək əzələlərini – 78%, qarnın alt qrup əzələlərini – 53% gücləndirir. Ağrını azaldır, fəqərə sütunu əzələlərini gərginləşdirir, qamət düzəlir, kifoz bucağı azalır.

 

Fizioloji olaraq əzələ atrofiyası neçə yaşdan başlayır?

60 yaşdan sonra 50% əzələ öz fəalliğini itirir. XI əsrdə ağır fiziki və psixi yüklə yüklənmiş insanların əzələsinin 50%-i, sonra 90%-i əzələ qüvvədən düşür. Bütün onurğa xəstəliklərində əzələ karkasını möhkəmləndirməklə dayaq hərəkət sisteminin hərəkətliliyini təmin etmək olur.

 

Normal halda sümük kütləsinin azalmasına nə səbəb olur?

Tədqiqatlar göstərir ki, hərəkətsizlik yaşdan asılı olmayaraq sümük kütləsini azaldır. Hərəkətsizlik və süstlüyün səbəb olduğu əzələ atrofiyası sonradan skletin xüsusi ilə kortikal sümük hissəsinin pozulmasına gətirib çıxara bilər. Əzələ gücü sarkopeniyanın qarşısını alır, yaşlı adamların yıxılma riskini azaldır və sümüyü osteoporotik sınmalardan qoruyur.

 

“Bexterev” xəstəliyi nədir?

Ankilozlaşdırıcı spondilit də adlandırılır.Proqressiv inkişaf edən xəstəlikdir.Yuxusuzluq, hərəkət məhdudluğu, görmənin zəifləməsi, boyun, bel, kürək, ağrıları (bərkimənin quruması) baş verir.Xəstə başını sola, sağa çevirə bilmir, qolu qalxmır, yuxarı ətraf hərəkətsizləşir. Onurğanın anatomik əyrilikləri itir. 96% irsi faktora üstünlük verilir. Klinikamızda bu xəstəliyin kompleks müalicəsi təşkil edilib.Vaxtı-vaxtında kompleks müalicə götürməklə xəstəliyin qarşısını almaq mümkündür.

 

 

Onurğa xəstəliyinin zəli ilə müalicəsi.

”Hirudino” latın dilində zəli deməkdir. 3000-ildən artıqdır ki, zəlidən müalicə vasitəsi ilə istifadə edirlər. 400-ə qədər zəli növü var. Bunlardan ancaq biri müalicəvi zəlidir. Tibbi müayinədən keçmiş, sertifikatı olan tibbi zəlidən müalicə məqsədi üçün istifadə etmək olar.

Zəli ilə müalicə:
1. Dayaq hərəkət sisteminin xəstəliklərində (oynaq ağrıları və bel-boyun, diz, çiyin, topuq, dirsək ağrılarında,  osteoxondrozlarda, protruziyalarda) çox yaxşı effekt verir. Bütün bədənin ağrılarını kəsir.
2. Sinir xəstəliklərində, əsasən uşaq serebral iflicində.
3. Qan dövranı xəstəliyində, yüksək və aşağı qan təzyiqini normal vəziyyətə gətirmək, hipertoniya, hipotoniyada.
4. Endekrin xəstələrdə, şəkərli diabet, qalxanvari vəz xəstələrində
5. Miomada.
6. Aylıq hormonal pozulmada.
7. Müxtəlif sınıqlar, hemotomalar.
8. Venaların varikoz genişlənməsində.
9. Tromboflebitdə.

Qanı durulaşdırır, ürək qan-damar sinir sistemini qaydaya salır, immuniteti artırır, hipoksiyanı (bədənin oksigen çatışmazlığını) aradan qaldırır . Rayon yerlərində adi su hövzələrində olan zəlidən istifadə etmək olmaz, çünki zəlinin qanında xəstəliktörədici mikroblar olur. Zəli 3 gün fasilə ilə 3 dəfə (kürəyə, belə və oynaqlara), ilin fəsli dəyişdikdə; payızda (noyabrda) və yazda (apreldə) qoyulsa daha yaxşı olar. Zəlinin insana ötürdüyü faydalı maddələr 30-a qədərdir.

Zəli ilə müalicəyə əks göstərişlər:
1. Onkoloji xəstəliklər
2. Hamiləlik
3. Arterial təzyiqi aşağı olan şəxslər
4. Laxtalanma qabiliyyəti pozulması, qan xəstəlikləri (hemofiliya, talassemiya)
5. Yaxın zamanlarda antikoaqulyant (laxtalanmaya əks təsir göstərən) preparatlardan istifadə.

 

Travma və avtomobil qəzalarından sonra onurğa

Bəzən travma və avtomobil qəzaları baş verdikdə xəstənin həyatı əhəmiyyətli orqanları, beyin silkələnməsi, daxili qanaxmadan xilasetmə, ağrı şokunun aradan qaldırılması, borulu sümüklərin sınığı ön plana çəkilir və onurğa 2-ci plana keçir.

Bir müddətdən sonra kompression (örtülü fəqərə sıxlığından) fəqərənin arxa və yan sınığından xəstə illərlə əziyyət çəkir.

Klinikamızda qəza və travmalardan sonra reabilitasiya həyata keçirilir.

Travma nəticəsində onurğada yaranan diaqnozlar.

  1. I C1 boyun fəqərəsinin sınığı.
    2. II C2 boyun fəqərələrinin sınığı.
    3. Travmatik spondilolistez.
    4. Boyun fəqərələrinin travma nəticəsində rotasiyası (burulması).
    5. Döş fəqərələri sınığı.
    6. Arxa tinlərin sınığı.
    7. Döş fəqərələrinin kompression sınığı.
    8. Döş – bel fəqərələrinin sınığı.
    9. Bel fəqərələrinin kompression sınığı.
    10. Arxa və yan fəqərə tinlərinin sınığı.
    11. Büzdümün sınığı.
    12. Travmatik yırtıq.
    13. Əzilmə və onurğanın hemangioması.
    14. Epidural və subdural hematoma.
    15. Fəqərəarası disk yırtığı travmadan sonra.
    16. Onurğa beyinin silkələnməsi.
    17. Postravmatik nevroz.

 

Yoluxucu xəstəliklərdən zədələnmiş onurğa

Aşağıdakı xəstəliklərdə onurğada patologiya yaranır. Yoluxucu xəstəliklərdən və iltihabı xəstəliklərdən sağalandan sonra klinikamızda onurğanın reabilitasiyası üçün kompleks müalicə var. Bunlar aşağıdakı xəstəliklərdir.

Piogen spondilodiskit.
2. Spondilit.
3. Osteomilit.
4. Epidural abses.
5. Yayılmış skleroz.
6. Polineyropatiya.
7. Exinokokkoz.
8. Sustosomoz.
9. Sarkoidoz.
10. Revmatoid artrid.
11. Spondiloartropatiya hemadializ fonunda.
12. Onurğa vərəmi.
13. Sindrom Qiyenna-Barre.
14. Qranulomotoz spondilit.

 

Yoqa və onurğa

Qədim zamanlarda bədən və ruhun vəhtətini təşkil etməklə orqanizmin bütün fəsadlarını baş beyindən başllayıb onurğa sütunundan keçən büzdüm sümüyündə qurtaran “kundalini” energetikasının çakralarda enerji axınının bərpası ilə asanlar vasitəsi ilə müalicə olunurdular. Onurğa xəstəliklərində onurğa beyni və baş beyinlə orqanlar arasında sinirlər vasitəsi ilə olan əlaqələr pozulur. Onların fəaliyyəti əngəllənir, xəstəliklər baş verir. Yoqa hərəkətləri ilə onurğa vasitəsi ilə bütün orqan və ətraflara nəzarəti və idarə etməni həyata keçirtmək mümkündür.

 

Daban şporları nədir?

Adətən 40-yaşdan sonra ayağın altında əsasən  daban nahiyəsində ağrılarla özünü göstərir. İdmançılarda,çox ayaq üstə duran adamlarda, yastıayaqlarda olur.Plantar  fossit,daban bursiti də adlanir. İndiyə qədər dərman maddələri və operativ müdaxilədən istifadə edərək bu xəstəliyi sağaldırdılar. Müasir  tibb bu xəstəliyi 3 seansa (dəfəyə) daban şporlarını dağıtmağa imkan verir. Bu prossedura heç bir əks göstəriş yoxdur. Ağrıkəsici inyeksiya etmədən,dabanda hec bir dəri kəsiyi aparmadan 15-20 dəqiqəyə bu xəstəliyi sağaltmaq mümkündür.

 

Vakkum fenomeni nədir?

MRT-də boşluq kimi görünən fəqərəarası diskdə yaranan qaz boşluğudur. Bu gorüntünün əmələ gəlmə səbəbi və qazın tərkibi müasir elmə məlum deyil.

Qabırğaarası nevralgiya nədir?

Onurğanın döş fəqərələrində və fəqərəarası disklərdə yaranan onuğa xəstəlikləri hesabına sinir kökləri çıxışının sıxılması nəticəsində yaranır. Torakal sindrom da demək  olar. Arxadan önə qabırğa arası ilə və kürək sümüyünün altına ağrı yayılır. Çox ağrılı olur. Nəfəs aldıqda bele ağrı artır. Müalicə ilə keçir.

 

Sekvestrasiya nədir?

Onurğa sütununun fəqərəarası disk yırtıqlarında fəqərəarası disk nüvəsinin pulpos nüvənin dağılmasıdır.

 

Onurğa vərəmi, absesi, iltihabı nədir?

Travmalardan sonra hər hansı yoluxucu xəstəliklərdən sonra absesin yaranmasına daha çox təsadüf edilir. Onurğa vərəmi ən çox döş fəqərələrində olur. Bu zaman fəqərələrin qurluşunun distruksiyası baş verir. Xəstədə halsızlıq, qızdırma, arıqlama, ağrılı hissəni hiss etmək, paraparez, paresteziya, paralic və s. əlamətlər olur.

 

Onurğa beyni şişi nədir?

Onurğada onkoloji şişlər kontrast müayinədə diffuz və ocaqlı görüntü verir. Ödem zonasi ilə əhatə olunmuş olur. Simptomlar çox yavaş inkişaf edir. Ağrı olmur. Hər iki aşağı ətrafda paresteziya, reflekslərin itməsi, sidik ifrazının dayanması, para-tetraplegiya kimi əlamətlər yaranır.

 

Spondilolistez nədir?

Onurğa sütunu fəqərələrinin hər hansı təsirdən travma, avtomobil qəzası, artıq yük qaldırma və s. Bir-birinə nisbətən anatomik vəziyyətinin dəyişməsidir. 4 dərəcəsi var, ən çox bel fəqərələrində L5-S1 nahiyədə və boyun fəqərələrində rast gəlinir. Beldə  ağrı, aşağı ətraflarda ağrıma keyimə olur.

Sokralizasiya onurğa sütununda iki fəqərənin bir-birinə anadangəlmə qismən bitişib bərkiməsidir. L5-S1 bel fəqərələrində daha çox təsaüdüf edilir.

 

Tarlov kistasi nədir?

Tarlov kistası onurğa beyni kanalında yerləşən maye ilə dolu törəmədir. Əsəsən sakral kanalda yerləşir. Ölçüsü 2mm-dən 30-60 mm-ə qədər təsadüf etmək olar. Ümumiyyətlə sinovial kistalar MRT müayinəsi zamanı kənarları hamar  konturlu görüntüdə olur.

 

Onurğa protruziyaları ilə fəqərəarası disk yırtıqlarının fərqi nədir?

Onurğanın  fəqərəarası disk yırtıqlarında protruziyadan fərqli olaraq fibroz həlqə cırılmış-dağılmış olur.

 

Onurğada fəqərəarası disk yırtıqları və protruziyalar.

Fəqərəarası diskin və fəqərələrin potologiyası nəticəsində yaranan onurğa xəstəliyidir. Protruziyalar-bütün daxili orqanlara yuxarı və aşağı ətraflara təsir edir. Başda ağrı, sıxılma, baş hərlənməsi, vertebra-bazelyar sindrom, görmənin zəifləməsi, qulaqda küy, miqren tipli baş ağrıları, çiyində ağrı, qolda-əldə keyləşmə, ağırlıq, ağrı, boyun fəqərələrinin protruziyasında və fəqərəarası disk yırtıqlarında yaranır. Döş fəqərələrinin fəqərəarası disk yırtıqlarında stenokardiya, miokart infarktı, bronxial astma, reflüks özefaqus, xroniki pnevmoniya, mastopatiya, öd yollarının diskineziyası, pankreatit və s. Onurğada bel-oma nahiyyəsinin patologiyasında böyrək çatışmamazlığı, sistit, prostatit, kolit (səbəbsiz bağırsaq sancıları) mioma, fibromalar, kistalar, aşağı ətraflarda hərəkət məhdudluğu, beldə-kürəkdə ağrılar yaranır. Klinikamızda protruziya və fəqərəarası disk yırtıqlarının dərmansız və əməliyyatsız bərpası üçün kompleks müalicə üsulu var. Bu kompleks müalicə üsulu aparıcı, tibbi cəhətdən inkişaf etmiş dövlətlərin praktikası və müasir tibbi avadanlıqlarla həyata keçirilir. Müalicə zamanı dəqiq diaqnoz qoyulur və prosedurlara göstəriş və əks göstərişlər nəzərə alınır.

 

Onurğa xəstəlikləri üçün nə etmək lazımdır?

1) hərəkətsiz olmamaq, nə oturaq, nə uzanmış, nə ayaq üstə

2) keyfiyyətli və normal vaxtında qidalanmaq

3) hərəkətli olmaq (hərəkət həyatdır)

4) Bədən soyumasından stressdən, neqativ emosiyadan qaçmaq lazımdır.

5) növbəti ağrı kəskinləşməsini gözləmədən, onurğa və oynaqlar üçün müalicə kompleksi götürmək lazımdır.

6) onurğa ətrafı və qarın əzələlərini hərəkətlə möhkəmləndimək lazımdır.

Onuğa sütununda ağrılara nələr səbəb ola bilər?

Travma iltihabı xəstəliklər və şişlər yoxdursa ağrılar 3 mənşəli ola bilər.

  1. Əzələ tonik sindrom, yəni paravertebral əzələlərin öz agrisi miozit.
  2. Fəqərə fəqərəarası disk patologiyasindan yaranan ağrı (diskfunksional, diskemik agrılar)
  3. Vətər-bağ aparatının ağrısı. Onurğada aparılan müalicənin effekti diaqnozun dəqiq qoyulmasından asılıdır.

 

Trigerm nöqtələri nədir?

Akupunktura  və reflektor nöqtə masajı qədim zamanlardan vardır. Trigerm nöqtələri ilə onurğa, baş və daxili orqanlara müalicəvi siqnallar göndərmək mümkündür. Bu nöqtələr müalicəni ötürür. Bu nöqtələrdə işləməklə baş ağrısını, üz sinir ağrısını, diş ağrısını, onurğa ağrılarını, çiyin, disək, əl və ayaqlarda olan ağrıları götürmək olur.

Onurğa xəstəliklərində ilkin diaqnoz nece qoyulur?

Onurğa xəstəliklərinin diaqnozu adətən MRT, KT kimi rentgen müayinəyə əsasən qoyulur. Amma ilkin olaraq anamnez toplanılır, sonra isə xəstə test vasitəsi ilə müayinədən keçir. Testlə müayinə dünyanın hər yerində var. Test zamanı yaranan hərəkət məhdudluğu, ağrı xəstəliyin onurğanın hansı nahiyəsində nə dərəcədə olduğunu göstərir. Test hərətəkləri ilə osteoxondroz, protruziya, fəqərəarası disk yırtığı diaqnozu qoya bilirik.

Onurğada spina bifida nədir?

Spino bifida onurğanın əsasən bel və oma nahiyyəsində yerləşir. Boyun döş nahiyəsində çox az təsadüf edilir. Bura görə yeni doğulmuş uşaqların 30% -də rudimentar onurğa yırtığı olur. Bu yırtıq kiçik çökəklik və dayaz, yarıq kimi görünür. 12-14 yaşa qədər fizioloji olaraq arxa tin bitişir və bu diaqnozu yazmağa ehtiyac qalmır. Onurğa beyninin sərt və yumşaq qişasının inkişafdan qalma dərəcəsindən asılı olaraq açıq və qapalı yırtıq ayırd edilir. Açıq formada dəri əzələ sümük qişaları, mərkəzi kanalın arxa hissəsi, hətta onurğa beyni yarıq kimi olur. Açıq formalı onurğa beyni yırtığına, raxisxiz, mielosele, mielomeninqosele aiddir.

 

Onurğanın anadangəlmə qüsurları hansılardır?

1-İki fəqərənin arasında diskin olmaması, onların birləşməsi (bloklaşma)

2-Pazabənzər fəqərə

3-Döş fəqərələrində anadangəlmə “Şeyerman-Mau” kifozu

4-Arxa, bəzən yan tinlərin olmaması

5-Yarımfəqərələr: 2-3 yarımfəqərə yan-yana olanda qabırğalar da birləşmiş olur

6-Fəqərələrin bloklaşması (klippelya-feylya)xəstəliyi

7-Sakralizasiya, lumbalizasiya

8-Raxisxiz, mieloselle, mielomeninqoselle

 

Əzələlərin onurğa xəstəliklərində rolu nədir?

Sümük sistemini ayaq üstə saxlayan və onları hərəkətli edən əzələlərdir. Onuğa ətrafı əzələlər inkişaf edən bədəndə onurğa əyilmələrinin qarşısını alır. Adından göründüyü kimi onuğanı düzləndirən əzələ muskulus, rectalis, spinalis yeniyetmə yaşlarda skolioz-kifozun yaranmasının qarşısını alır. Onuğa xəstəliklərində isə osteoxondroz, protruziya, fəqərəarası disk yırtıqlarında (disk, vətər, oynaq, bağ kapsulu) zədələnir. Ətraf əzələlər yığılır və süd turşusu yaranır. Konsentrasiyanın çox olması ağrı sindromunu yaradır. Əzələləri hərəkət etdirdikdə qan dövranı bərpa olur və süd turşusu yuyulub gedir, ağrı keçir.

 

Masajın xəstəlikdə rolu nədir?

Məqsədi onurğa xəstəliklərində limfa və qan dövranını stimulyasiya etmək, xəstə nahiyədə regenerasiya prosesini yaxşılaşdırmaq, ağrı sindromunu duymaq, ətraflarda qüvvə və hərəkəti bərpa etmək, əmək qabiliyyətini yaxşılaşdırmaq.

1-Dəriyə təsir edən masaj

2-Limfa və qan dövranını yaxşılaşdıran masaj

3-Daxili orqanlar və maddələr mübadiləsini yaxşılaşdıran masaj

4-Sinir sisteminə kömək edən (relaks) masaj

Masajın aparılma müddəti bədənin masaj sahəsindən və əzələ kütləsindən asılıdır. Masaj müddəti 15-60 dəq arası aparıla bilər.

Onurğa xəstəliklərinin müalicəsində dartma(traksiya) üsulunun rolu nədən ibarətdir?

Xüsusi dartma fəqərəarası diskin hündürlüyünün bərpasına və həcminin bərpasına səbəb olur. Mexaniki yük düşməni götürür, diskdaxili təzyiqi azaldır. Vibrasiya ilə edilən traksiya, fəqərəarası diskin pulpoz nüvə mayesinin tarazlanmasını yaradır. Diskin daxili mukopolisoxaridlərlə zəngindir, hidrofildir. Suyu sorur və özündə saxlayır ki, təzyiqə dözə bilsin.

 

Onurğasında problem olan xəstələrin yataqları necə olmalıdır?

Onurğasında problem olan kök adamlar sərt ortopedik yataqda, arıq adamlar yumşaq ortopedik yataqda, normal çəkidə olan adamlar isə yarımsərt ortopedik yataqda yatmalıdırlar.

 

Üzgüçülüyün onurğa xəstəliklərində müsbət və mənfi təsiri hansılardır?

Onurğanın osteoxondroz, protruziya və yırtıqlarında üzgüçülük müsbət effekt verir. Amma I dərəcədən artıq skolioz və kifozlarda müalicədən sonra üzməyə getmək məsləhətdir. Onurğanın iltihabi xəstəliklərində və travmalarda kəskin dövrlərdə üzmək olmaz.

 

Həkim müayinəsindən keçmədən türkəçarə müalicə onurğada hansı fəsadları verir?

Onurğa vərəmində lokal absesdə onurğa iltihabında mielit və miningitdə onurğanın ağrı nahiyəsinə yaxa salmaq, onurğaya banka salmaq, manual terapiyadan istifadə etmək xəstəni ömürlük fəsadla üzbəüz qoyur.

 

Onurğada fəqərəarası disk yırtığından əməliyyat olunan xəstələr əməliyyatdan sonra nə etməlidirlər?

Fəqərəarası disk yırtığı əməliyatından sonra xəstələt mütləq reablitasiya götürməlidirlər. Bu əməliyyatdan 2 ay sonra başlaya bilər. Bu reablitasiya təkrari yırtıqların yaranmasının qarşısını alır, ağrının keçməsinə səbəb olur.

 

Zərbə dalğası ilə onurğa xəstəliklərinin müalicəsi necə aparılır?

Dayaq hərəkət sistemi üçün çox yüksək effektli mülicədir. Zərbə dalğası ilə müalicə daban şporları, çiyin kürək pereartiti, axilodiniya, epikondilit, trigerm nöqtələri, degenerativ distrofik sümük xəstəliklərində, mikrosirkulyasiya pozulmasında yüksək effekt verir. Maddələr mübadiləsini normallaşdırır, damar keçiriciliyini artırır, kollegen lifləri bərpa edir. Ağrını götürür toxumanı sağaldır, hərəkət normallaşır.

 

Zərbə dalğasına əks göstəriş nədir?

Hamiləlik, qanın laxtalanmasının pozulması, onkoloji xəstəliklər, ürək qan-damar xəstəlikləri əks göstərişdir və böyük damarlara yaxın zərbə dalğası ilə işləmək olmaz.

 

Hamilə qadınlar nəyi nəzərə almalıdırlar?

Az dərəcədə skolioz və kifozu olan qadınlar bilməlidir ki, ailə qurmadan əvvəl və ya hamiləlikdən əvvəl müalicə götürməlidirlər.

Bunu etmədikdə hamiləlikdən sonra beldə ağrılar skoliozun, kifozun artması uşağın bu xəstəliyə görə risk qruppasına daxil olması gözlənilir.

Onurğa əyilməsi hesabına çanaqda yaranan asimmetriya döl-qan dövranının pozulmasına səbəb olur. Uşaqda “Asfiksiya”, “Hipoksiya” yaranır.

Normada uşaqlıq anteversio, antefleksio vəziyyətində olur (önə əyilmiş, önə bükülmüş vəziyyətdə). Onurğa əyildikdə bu normal vəziyyət dəyişir və hamiləlik baş vermir. Adətən skoliozun artması  hamiləliyin 7-ci ayından sonra gözlənilir.  2 uşaq dünyaya gətirmiş anaların əksəriyyətində həm əyrilik, həm də bel ağrıları var.

Klinikamızda hamilə qadınlar üçün profilaktik kompleks müalicə var. Bu kompleks skoliozu artmağa qoymur. Hamiləlikdən sonrakı bel ağrıları üçün də klinikamıza müraciət edə və ixtisaslaşmış həkim müalicəsi götürə bilərsiniz.

Lazer terapiyasının onurğa xəstəliklərində rolu varmı?

Lazer terapiyası ən effektiv və təhlükəsiz üsuldur. Məhs lazer terapiyası oynaqlarda və onurğada olan ağrıları əməliyyatsız və dərmansız müalicə etmək mümkündür.

Lazer şüası ağrısız birbaşa oynağa daxil olaraq qan dövranını və maddələr mübadiləsini bərpa edir. Ağrını, iltihabı, şişkinliyi aradan götürür. Belə ki, 56 yaşlı pasient  müraciət etmişdir. L3-L4, L4-L5 protruziyası diaqnozu ilə sol ayaqda ağrılar və keyləşmə qeyd olunurdu. Lazerterapiya kompleks müalicə ilə birlikdə əvəzsiz nəticəni verdi.

 

Hündürdaban ayaqqabıların qadınların onurğasına təsiri

Hündürdaban ayaqqabı kiçik çanaq orqanlarının anatomik vəziyyətini dəyişir fəqərəarası diskin arxa hissəsinə yük çox düşür və beldə osteoxondroz fəqərəarası disk yırtığı, ağrılar yaranır. Qadının ayaqqabısının daban hündürlüyün onun əlinin 4 barmağı hündürlüyündə olmalıdır.

Hipokrat və onurğa

Qədim zamanlarda birinci dəfə Hipokrat  insanını bütün xəstəliklərini onurğa ilə əlaqələndirmişdir. Bütün onurğa xəstəlikləri başqa orqanların xroniki xəstəliklərinə təkan verir nəzəriyyəsini irəli sürmüşdür.

 

Regenerasiya nədir?

Regenerasiya – yenidən yaranma, bərpa deməkdir. Adətən fəqərəarası disk yırtıqlarında əməliyyatdan sonra, fəqərəarası disk regenerasiya qabiliyyəti olduğuna görə özünü yenidən bərpa edir və əməliyyatdan 4-5 il keçdikdən sonra yenidən həmin fəqərəarası diskdə yırtıq yarana bilir.

 

Niyə onurğa xəstəliklərində kompleks müayinəyə üstünlük verilir?

Çünki kompleks müalicə ilə xəstəyə ardıcıl xəstəliyin özünü və onun fəsadını aradan qaldıran ardıcıl 5-7 prosedura təyin edilir. Bu da onurğa xəstəliklərini sağaltmaqla bərabər illər yorğunluğu sindromunu aradan qaldırır və immun sistemini möhkəmləndirir. Amma ayrı-ayrılıqda götürülmüş proseduralar da effekt verir.

Onurğa xəstəliklərinin müalicəsində mikroelementlərin rolu.

İnsan bədənində kalsi sümük deposunun əsas mikroelementidir. Belə ki, yetkin insanda 4kq-dan artıq depoda kalsi var bu insanın ayaq üstə yerləşməsində vacibdir. Amma sümüyün bərkliyini təmin edən əsas mikroelement fosfor və maqneziumdur. Mis, sink, selen, Fe və.s sümüyün tərkibində əsəs rol oynayır. Onurğa üçün bunlardan əlavə MSM, Xondriotin sulfat və qlukozamin sulfat da vacibdir. Əvvəllər minerallarla zəngin olan qida, indi orqanizmin optimal fəaliyyəti üçün tələb olunan əsas mineral maddələrə malik deyil. Torpağın mineral kasıblamasına müasir dövrdə sağlamlığı qorumaq üçün qida rasionumuza minerallar əlavə edilməlidir. Bu mineralların təbii qida əlavələri kimi olması tövsiyyə olunur.

Kəskin onurğa ağrılarında ilkin tibbi yardıma ehtiyyac varmı?

-Kəskin boyun, kürək, bel ağrılarında 1-ci növbədə ağrı nahiyyəsinə buz qoymaq lazımdır, 3-5 dəqiqə olmaqla krioterapiya adlanır, bundan sonra, ağrıkəsici hərəkətləri etmək və həkim müayinəsinə getmək növbəti müayinə həmin nahiyyəni test və MRT-sini çəkdirmək, amma bəzən konservativ (dərmanlarla) və mazlarla kəskin ağrıları götürmək olur.

Onurğa xəstəliklərinə oynaq xəstəliklərinin təsiri.

Onurğa özü də hərəkətli oynaqlardan ibarət olduğu üçün revmatizm, revmatold, artrit,  poliartrit, artrozlu xəstələrdə 1-ci boyun fəqərəsindən büzdümə qədər ağrılı olur, ağrı onurğanın bel və boyun nahiyəsində yayılmış, kürəkdə isə lokallaşmış olur. Ümumiyyətlə bu xəstəliklərin müalicəsində onurğa ağrıları da azalır. Müalicə uzun müddətli və dərmanlarladır.

“İssenko-Kuşinq” xəstəliyi və onurğa.

Anadangəlmə xəstəlik olub, hipofizin ön hissəsinin zədələnməsi nəticəsində yaranan endokrin xəstəlikdir. Üz, qarın kökəlir,sümüklərdə osteoporoz yaranır. Kəllə, onurğa, çanaq və qabırğalarda patoloji sınma baş verir.

“Kalve” xəstəliyi nədir?

Fəqərə cisminin osteoxondropatiyasıdır. Onurğanın döş və bel fəqərələrinin aseptik nekrozudur. Ağrı hərəkət zamanı artır, sakitlik halında itir. Rentgendə onurğada kölgəlik görünür. Fəqərələr çönmüş, önə əyilmiş kifoza bənzəyir. Stasionar müalicə mütləqdir. Ambulator-aktiv müalicə əks göstərişdir.

Kyummel xəstəliyi (və ya travmatik spondilit) onurğada nədir?

Onurğada travmadan sonra yaranan xəstəlikdir. Kişilərdə daha çox təsadüf edilir. Xəstəliyin gedişi 3 dövrə bölünür.

I travmadan sonra, 8 gün onurğada olur:

II ağrısız dövrü 1 neçə ay çəkir.

III təkrar davamlı ağrılarda yarandığı dövr

Adətən döş fəqərələrində olur və Rentgenoqrammada fəqərə hündürlüyünün azalması müşahidə edilir.

Osteofitlər nədir?

Fəqərənin destruktiv və degeneratif  xəstəlikləri zamanı ətraf sümüklərdə yaranan sümükcük hissələridir. Əzələ ağrısının daha artıq olması səbəb olur. Bu zərbə dalğası aparatı ilə aradan qaldırılır.

Klinikamızın bütün klinikalardan fərqli xüsusiyyəti nədir?

Klinika qadın kollektivindən ibarətdir. Kişi və qadın şöbələri ayrıdır. Bütün hicablı xanımlar bizdə çəkinmədən müalicə ala bilərlər.

 

 

 

QEYDLƏR ÜÇÜN

____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________